İranda 2 rayonun boşaldılmasına göstəriş verilib

İranda 2 rayonun boşaldılmasına göstəriş verilib
05:43 7 Aprel 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İranın Xuzistan vilayəti fövqəladə hallar mərkəzi çayların daşması nəticəsində 2 rayonun tam şəkildə boşaldılmasına göstəriş verib.

Bu barədə Trend Fars İnformasiya Agentliyinə istinadən məlumat verib. Qeyd olunur ki, 2 rayon, 12 şəhər və 110 kəndin boşaldılmasına göstəriş verilib.

Kərxə və Dez su bəndlərinin dolması ilə kəndlər və şəhərlər məcburi şəkildə boşaldılıb.

Sel və daşqınlar indiyədək Xuzistan vilayətinin 20 rayonuna ziyan vurub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3042693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR