Fransa Böyük Britaniyadan "Brexit" üzrə aydın mövqe tutmağı tələb edib

Fransa Böyük Britaniyadan "Brexit" üzrə aydın mövqe tutmağı tələb edib
06:29 7 Aprel 2019
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxmasınını şərtləri və vaxtı barədə təcili olaraq aydın mövqe tutmalıdır.

Trend-in məlumatına görə, bunu Fransa XİN rəhbəri Jan-İv Le Drian "G7" ölkələrinin xarici işlər nazirlərinin Dinar şəhərində (Fransanın qərbi) keçirilən görüşü zamanı deyib.

Nazir bildirib: "Hazırki vəziyyət daha davam edə bilməz, Fransanın mövqeyi budur. Ümid edək ki, xanım Mey Aİ-nin aprelin 10-da keçiriləcək sammitində onu təqdim edəcək və o, martın 21-də Aİ sammitində müəyyən olunan şərtlərə əsaslanacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3042642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR