Netanyahudan ŞOK VƏD: Oranı da ilhaq edəcəyik

Netanyahudan ŞOK VƏD: Oranı da ilhaq edəcəyik
06:48 7 Aprel 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının Qərb sahilindəki Fələstin ərazilərində yerləşdirilən yəhudi qəsəbələrini ilhaq edəcəyinə söz verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, baş nazir bu haqda “Kanal 12”-də seçkiqabağı telemüsahibəsi zamanı bildirib.

“Müstəqil bir Fələstin dövləti İsrailin varlığına təhdiddir. Mən Yerusəlimi (Qüds –red.) bölməyəcəm, yəhudi yaşayış məntəqələrini də boşaltmayacağam”, - o deyib.

Şərqi Qüds və Qolan təpələrinin ilhaqını xatırladaq aparıcının “Niyə Qərbi Şeriadakı qeyri-qanuni yəhudi yaşayış məntəqələrini İsrailə ilhaq etmədiniz?” sualına Netanyahu belə cavab verib:

“Siz növbəti mərhələyə keçib-keçməyəcəyimizi soruşursunuz. Bəli, biz növbəti mərhələyə keçəcəyik və oraları da İsrailə ilhaq edəcəyik”.

Qeyd edək ki, 1967-ci ildə İsrail tərəfindən işğal edilən Qərb Şeriada təxminən 250 qeyri-qanuni yəhudi yaşayış məntəqəsi var və orada 400 mindən çox yəhudi məskunlaşıb. Beynəlxalq qanunlara görə, işğal olunmuş ərazilərdə olan bütün yəhudi yaşayış məntəqələri qanunsuz hesab edilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/274846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR