Norveçdə satılan avtomobillərin yarısından çoxu elektromobillərdir

Norveçdə satılan avtomobillərin yarısından çoxu elektromobillərdir
07:05 7 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Yeni statistik göstəricilərə görə, Norveçdə realizə olunan avtomobillərin yarıdan çoxu ilk dəfə olaraq, elektromobillərin payına düşür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Norveçdə yol hərəkəti üzrə Məşvərətçi Şuranın göstəricilərinə görə, ölkədə mart ayında qeydiyyatdan keçən 18375 yeni nəqliyyat vasitəsindən 10728 ədədi və ya 58,4 faizi elektromobillər olub.

Elektrik maşınları uzun illər ərzində bu Skandinaviya ölkəsində populyar olub. Lakin mart ayındakı rəqəmlər ötən aylarla, yəni bazarda elektromobillərin payı 40 faiz təşkil etdiyi vaxtla müqayisədə kəskin artıb.

Bu artıma "Tesla" elektromobil istehsalçılarının 3-cü model avtomobillərinin gətirilməsi səbəb olub.

"İnsanlar uzun illərdi ki, 3-cü modeli sifariş verirdilər, axır ki, onlar ünvanlarına çatdı", - deyə "OFV"nin statistika şöbəsinin rəhbəri Pal Brun AFP agentliyinə bildirib.

Yeni axınla əlaqədar sahibkar İlon Maskın rəhbərlik etdiyi avtomobil istehsalı şirkətinin mart ayında Norveçin təzə avtomobil bazarındakı yeri 30 faizdən çox olub.

Norveç hökumətinin qarşısına qoyduğu məqsədə müvafiq olaraq, 2025-ci ildə satılan bütün yeni avtomobillərdə atmosferə buraxılan zərərli tullantılar sıfır səviyyədə olmalıdır. Bununla yanaşı, bir neçə tədbirlər görülüb, həmçinin daxili yanma mühərriki ilə deyil, elektriklə işləyən avtomobilləri seçmələrindən ötrü sürücülərin həvəsləndirilməsinə yönələn subsidiyalar ayrılıb. Elektromobillər xüsusən vergi sistemindən fayda götürürlər. Bu, benzinlə və ya dizellə işləyən avtomobillərlə müqayisədə onların qiymətlərini daha da rəqabətqabiliyyətli edir. Avtomobil sahibləri, həmçinin pulsuz parklama və ictimai parklama yerlərində pulsuz enerji yükləməsi və şəhər daxilində gediş üçün nəzərdə tutulan yol pulundan azad olma kimi müəyyən imtiyazlardan istifadə edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR