"ShamkirChess 2019": Bu gün Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ağ fiqurlarla oynayacaq

"ShamkirChess 2019": Bu gün Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ağ fiqurlarla oynayacaq
07:47 7 Aprel 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün VII turun görüşləri keçiriləcək.
"Report" xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov Teymur Rəcəbov ağ fiqurlarla mübarizə aparacaq. Məmmədyarov çinli Dinq Lireni, Rəcəbov isə bolqarıstanVeselin Topalovu sınağa çəkəcək.
"ShamkirChess 2019"
VII tur
7 aprel
David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya)
Maqnus Karlsen (Norveç) - Aniş Giri (Hollandiya)
Vişvanatan Anand (Hindistan) - Alekandr Qrişuk (Rusiya)
Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan)
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Dinq Liren (Çin)
Qeyd edək ki, 6 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen və Sergey Karyakin hərəyə 4 xalla başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand, David Navara, Dinq Liren, Aleksandr Qrişuk, Veselin Topalov və Teymur Rəcəbov 3 - 8-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Aniş Giri 9-10-cu yerləri bölüşdürür.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sehriyar-memmedyarov-ve-teymur-recebov-ag-fiqurla-oynayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR