Təbrizli qadın dünya rekordunu yenilədi

Təbrizli qadın dünya rekordunu yenilədi
07:57 7 Aprel 2019
Ölkə mətbuatı
A- A+

İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük maşınını 30 metr dartaraq dünyanın ən güclü qadın rekordunu yeniləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Giti xanım Ginnes rekordlar üzrə iranlıların müşaviri və Təbriz məsul şəxsləri qarşısında yük maşınını dartaraq avstraliyalı qadının rekordunu yeniləyib.

Avstraliyalı qadın 2011-ci ildə 11350 kq yük maşınını dartaraq dünyanın ən güclü qadını olaraq Ginnesin rekordlar kitabına düşüb.

1 tondan çox çəki ilə avstraliyalı qadının rekordunu yeniləyən Musəvi bildirib ki, 6 ay öncə bunu etsə də, mobil telefonla çəkildiyi üçün bu, qəbul olunmayıb.

Təbrizli qadın gələcəkdə 12-15 tonluq təyyarəni çəkməyi arzu etdiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR