Fransanın Ruanda soyqırımında rolu araşdırılacaq

Fransanın Ruanda soyqırımında rolu araşdırılacaq
08:32 7 Aprel 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ruanda soyqırımındakı rolunun araşdırılacağını bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, E.Makron, Ruanda soyqırımına görə müvafiq addımlar atan "Ibuka" Fransa Cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib.

Prezident fransız tədqiqatçı alimlərdən ibarət komissiyanın 1990-1994-ci illərə aid ölkə arxivlərinin araşdırılacağını bəyan edib.

Komissiyanın, fransız tarixçisi Vincent Duclertin rəhbərliyi ilə 8 tədqiqatçı alimdən ibarət olduğu bildirilib.

Komissiyaya sözügedən mövzu ilə bağlı iki il ərzində hesabatı hazırlamaq üçün tapşırıqlar verilib.

Qeyd edək ki, Ruandada 1994-cü ildə xutu ekstremistlərinin törətdikləri soyqırımı zamanı 800 min tutsi, habelə xeyli mötədil xutu məhv edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR