ABŞ nüvə bombardmançıları Avropanı tərk etdi

ABŞ nüvə bombardmançıları Avropanı tərk etdi
10:03 7 Aprel 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “B-52H Stratofortress” strateji bombardmançıları Avropanı tərk edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qərb aviadispetçer xidmətlərinin məlumatlarında deyilir.

Məlumatlara görə, İngiltərədə “Ferford” təyyarə bazasında müvəqqəti yerləşdirilmiş altı bombardmançıdan son üçü də şənbə günü ABŞ-ın kontinental hissəsindəki bazaya uçublar. Təyyarələr İngiltərə bazasına 14-15 mart tarixlərində gətirilmişdi. ABŞ-ın Hərbi Hava Qüvvələrinin strateji bombardmançılarının bu miqdarda Avropaya göndərilməsi 2003-cü ildən müşahidə olunmurdu. 2003-cü ildə təyyarə bazasında İraqa qarşı hərbi əməliyyatında iştirak üçün 20-yə qədər “B-52H” yerləşdirilmişdi.

Amerika “strateqləri”nin iyunda İngiltərə bazasına qayıtması planlaşdırılır.

Qeyd edək ki, “B-52H Stratofortress” strateji bombardmançıları böyük məsafəyə təyyarə bombaları və nüvə qanadlı raketləri daşıya bilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/274859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR