“Hyundai Tucson” kanala aşdı: 2 ölü, 2 yaralı - FOTO

“Hyundai Tucson” kanala aşdı: 2 ölü, 2 yaralı - FOTO
10:05 7 Aprel 2019
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Sarvan kəndindən keçən 57-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 29 yaşlı Şəhriyar Mahir oğlu Abışovun yüksək sürətlə idarə etdiyi "Hyundai" markal minik maşınının şor suları axıtmaq üçün nəzərdə tutulan kanala aşması nəticəsində avtomaşında olan qonşusu - 25 yaşlı Mərhəmət Vahid oğlu İsrafilov hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində sürücü, sərnişinlər - 26 yaşlı Natiq Namiq oğlu Həbiyev və Qubad İlqar oğlu İsrafilov xəsarət aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Şəhriyar Mahir oğlu Abışov aldığı ağır xəsarətlərdən xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Qəzaya uğrayan 4 nəfər şəxsin hamısı Neftçala rayonunun Qaçaqkənd kəndindəndir və qonşudurlar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/744943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR