Minik və yük maşını toqquşdu: yaralılar var

Minik və yük maşını toqquşdu: yaralılar var
10:09 7 Aprel 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

 
Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası baş verib.
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könülü kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, 45 yaşlı Anar Qocayevin idarə etdiyi “Cip” markalı minik maşını ilə “Qazel” markalı yük maşını toqquşub.
Qəza nəticəsində “Сip”in sürücüsü A.Qocayev ,sərnişini  52 yaşlı Niyazı Qurbaтov və Qazelin sürücüsü ilə sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR