"Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya liderliyini nümayiş etdirir"

"Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya liderliyini nümayiş etdirir"
10:12 7 Aprel 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, hər bir vətəndaşın sosial rifahının yaxşılaşmasına xidmət edir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycanda həyata keçirilən düşünülmüş iqtisadi islahatlar hətta 2015-2016-cı illərdə dünyada maliyyə-iqtisadi böhranının ölkəmizə təsirlərinin minimuma endirilməsinə şərait yaratdı:

"Həmin dövrdə Azərbaycan vətəndaşları bu böhranın təsirlərini o qədər də hiss etmədilər, ölkədə heç bir sosial proqramın icrası dayandırılmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan ciddi addımlar nəticəsində ölkəmizdə iqtisadi sabitlik qorundu və Azərbaycan iqtisadi inkişaf templərini bərpa etməyi bacardı. Bu ilin iki ayının yekunlarına əsasən ölkəmizdə iqtisadi artım 3 faizə yaxındır. Əlbəttə ki, bu, çox müsbət göstəricidir".

Deputat vurğulayıb ki, əldə edilən bu nailiyyətlər hər bir vətəndaşın həyatına öz müsbət təsirini göstərir: "Təkcə 2019-cu il ərzində Prezident İlham Əliyev tərəfindən ardıcıl imzalanan fərman və sərəncamlar sosial həyatın bütün sahələrini əhatə edir".

O qeyd edib ki, əhalinin bütün təbəqələri dövlət başçısı tərəfindən verilən fərman və sərəncamlardan faydalanır:

"Təkcə minimum əməkhaqqının artırılması 600 mindən çox insanın sosial vəziyyətinin yaxşılaşdırılmasına təsir etdi. Eyni zamanda, problemli kreditlərin həlli ilə bağlı sərəncam 800 mindən çox insanı əhatə edəcək. Məcburi köçkünlərə verilən müavinətlərin artırılması da xeyli sayda insanın sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Azərbaycan bu addımları ilə əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/744944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR