Şəmkirdə baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Şəmkirdə baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub
10:22 7 Aprel 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkir şəhərində baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Rusiyadan Goranboy rayonuna gələn "Jeep" markalı avtomobil "Ford" markalı mikroavtobusla toqquşub.
Qəza nəticəsində, 46 yaşlı Müşfiq Rüstəmov, 45 yaşlı Anar Rafiq oğlu Qocayev, 52 yaşlı Niyazi Hörmət oğlu Qurbanov müxtəlif bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumatlara görə, qəzaya sürücülərdən birinin sükan arxasında yuxuya getməsi səbəb olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

***08:43
Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı üç nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbi araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-bas-vermis-yol-qezasinda-xesaret-alanlarin-sexsiyyetleri-melu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR