Dağlıq Qarabağdan olan məktəblilərlə dünya çempionu Maqnus Karlsen arasında şahmat sülh naminə oyunu keçirilib (VİDEO)

Dağlıq Qarabağdan olan məktəblilərlə dünya çempionu Maqnus Karlsen arasında şahmat sülh naminə oyunu keçirilib (VİDEO)
10:29 7 Aprel 2019
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 5 məktəbli üzvü ilə şahmat üzrə dünya çempionu Maqnus Karlsen arasında Şəmkir rayonunda şahmat sülh naminə oyunu keçirilib.

Trend-in məlumatına görə, yarışdan əvvəl məktəblilər Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev Mərkəzində yarışa start verilib. Yarışdan sonra uşaqlar Karlsenə arzularını çatdırıblar və onunla şəkil çəkdirib imzasını alıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3042727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR