Bacısını öldürdü, valideynlərini yaraladı - Türkiyədə dəhşətli gecə

Türkiyənin Niğdə şəhərində məskunlaşan iraqlı gənc ailə üzvlərini bıçaqlayıb.

Metbuat.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Aşağıkayabaşı məhəlləsində baş verib.

Məlumata görə, iraqlı ailədə hələlik məlum olmayan səbəbdən baş verən münaqişənin sonu qanla bitib. 29 yaşlı gənc Yəhya Məhəmməd Berzo, atası Məhəmməd Berzo, anası Fahriyə Qəmbər və bacısı Nur Məhəmməd Berzonu bıçaqlayıb. Bədəninin müxtəlif yerlərindən bıçaq yarası alan Nur Məhəmməd Berzo hadisə yerində keçinib.

Bıçaq yarası alan digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda iraqlı gəncin anası, Fahriyə Qəmbərin vəziyyəti ağırdır. Artıq hadisəni törədən 29 yaşlı gənc polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Kənan Məmmədov / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR