SOCAR Türkiyədə “Ar-Ge” mərkəzinin qurulmasına 1,5 milyard dollar sərmayə qoyur

SOCAR Türkiyədə “Ar-Ge” mərkəzinin qurulmasına 1,5 milyard dollar sərmayə qoyur
11:54 7 Aprel 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

 
SOCAR Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda “Ar-Ge” (texnologiya araşdırması və inkişafı) mərkəzinin qurulmasına 1,5 milyard dollar sərmayə qoyacaq.
 
ONA-nın Türkiyənin Sabah qəzetinə istinadən verdiyi məlumata görə, bunu “SOCAR Türkiye” şirkətinin idarə direktoru Anar Məmmədov bildirib.
 
A. Məmmədov bu günə qədər SOCAR-ın Türkiyəyə 14,5 milyard-15 milyard dollar civarında sərmayə qoyduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, ümumilikdə 19,5-20 milyard dollar sərmayə qoyulması planlaşdırılıb ki, sərmayənin qalan qismi də qarşıdakı 3-4 il ərzində qoyulacaq: “Hazırda Ege bölgəsində neftlə bağlı qurulan ən böyük “Ar-Ge”  mərkəzinin layihələndirilməsi mərhələsindəyik, bu il inşaat işlərinə başlayacağıq. 2020-ci ilin sonuna qədər layihəni bitirmək niyyətindəyik. Bu mərkəzdə neft-kimya məhsulları, enerjiyə qənaət və materiallarla bağlı araşdırmalar aparılacaq”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR