188 nəfərlik təyyarə bir sərnişinə görə Litvadan İtaliyaya uçdu

188 nəfərlik təyyarə bir sərnişinə görə Litvadan İtaliyaya uçdu
12:05 7 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Litva vətəndaşı Skirmantas Strimaytis Vilnüsdən İtaliyaya uçan "Boeing 737-800" tipli təyyarənin yeganə sərnişini olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 188 nəfərlik sərnişin daşıma qabiliyyətinə malik təyyarədə litvalı sərnişin İtaliyanın Bergamo aeroportuna iki pilot və beş bort köməkçisi ilə birlikdə uçub.

Turist şirkəti "Novatrus" məlumat yayıb ki, əslində təyyarə İtaliyadan Litvaya turist qrupunu gətirmək üçün göndərilib. Sadəcə, turfirma yalnız bir tərəfə bilet sata bilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR