Sudanda növbəti etiraz aksiyası

Sudanda növbəti etiraz aksiyası
12:19 7 Aprel 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 6-da Sudanın paytaxtı Xartumda prezident Ömər əl-Bəşirin istefası tələbi ilə aksiya keçirilib.
 
ONA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, minlərlə aksiya iştirakçısı “Vahid ordu-Vahid xalq” şüarları səsləndirərək Sudan Silahlı Qüvvələrinin Baş Qərargahının qarşısına toplaşıb.
 
Həmin rayonda Prezident sarayı və Müdafiə Nazirliyinin binası da yerləşir. Aksiyanın təşkilatçıları bildiriblər ki, məqsədləri ordunun seçim etməsinə nail olmaqdır. Polis aksiya iştirakçıları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Sudanda ilk etiraz aksiyaları 2018-ci ilin dekabrında başlayıb. Aksiyalarda öncə çörəyin  qiymətinin kəskin artmasına etiraz edilsə də, sonra etirazlar 30 ilə yaxındır ki, ölkəni idarə edən Ömər əl-Bəşirə qarşı yönəlib. Polis aksiyaçılara qarşı sərt davransa da, indiyə qədər Sudan ordusu aksiyaların dağıdılmasında iştirak etməyib. Prezident fevral ayında ölkədə fövqəladə vəziyyət elan edib. Bununla belə, yeni də etiraz aksiyaları davam edir.
 
Dünən aksiyalar zamanı bir sanitar həyatını itirib. Bununla da 2018-ci ilin dekabrından indiyə qədər aksiyalarda polislə toqquşmalar zamanı həyatını itirən fəalların sayı 32 nəfərə çatıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR