73 yaşında meydana çıxdı, tarixə düşdü

73 yaşında meydana çıxdı, tarixə düşdü
12:27 7 Aprel 2019
69 İdman
Ölkə mətbuatı
A- A+

İsrailin "İroni Yehuda" klubunun qapıçısı İsaak Hayik "Ginnesin rekordlar kitabı"na düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 4-cü liqa təmsilçisinin "Maccabi Ramat Gan" klubuna qarşı keçirdiyi oyunda iştirak edən Hayik 73 yaşında meydana çıxaraq, peşəkar futbolda ən yaşlı futbolçu kimi tarixə düşüb.

Komandasının "Maccabi Ramat Gan"a 1:5 hesabıyla məğlub olduğu oyunun ardından Hayikə xüsusi mükafat təqdim olunub.

Gələn həftə 74 yaşı tamam olacaq Hayikdən əvvəl peşəkar futbolda iştirak edən ən yaşlı futbolçu Robert Karmona idi. Uruqvaylı futbolçu sonuncu dəfə 53 yaşında meydana çıxmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR