Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ
12:29 7 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu  gecə 7-9° isti, gündüz 13-16° isti, Bakıda gecə 7-9° isti, gündüz  14-16°  isti təşkil edəcək. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarına gəlincə, aprelin 7-də hava sasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti,  gündüz 7-12° isti təşkil edəcək.  

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR