Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub
13:12 7 Aprel 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

İlkin məlumatlara əsasən yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.

***12:41
Zaqatala və Qax rayonunda zəlzələ olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 12:26-da qeydə alınıb. Yeraltı təkanlar Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Zərnə və Güllük kəndlərində güclü hiss olunub. 
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qaxdan 8 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların maqnitudası 4,2, dərinliyi isə 60 km olub.  


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustanda-bas-veren-zelzele-azerbaycanda-hiss-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR