Tereza Mey "Brexit" üçün son şansın qaldığını deyir

Tereza Mey "Brexit" üçün son şansın qaldığını deyir
13:32 7 Aprel 2019
77 Dünya
Ölkə mətbuatı
A- A+

İş "Brexit"in ləğv olunmasına gətirib, çıxara bilər

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Tereza Mey "Breksit"in əldən çıxacağı barədə parlamentə xəbərdarlıq edib.

"The Guardian" qəzetinin məlumatına görə, ada dövlətinin baş naziri parlament deputatları qarşısında çıxış edərək, vəziyyətin mürəkkəb olduğunu xatırladıb. 
Onun sözlərinə görə, Böyük Britaniya hökuməti indi konkret iki seçim qarşısında qalıb: ya Birliyi heç bir saziş olmadan tərk etmək, ya da ümumiyyətlə, "Brexit"dən vaz keçmək...

Baş nazir ölkənin AB-nin tərkibindən çıxması üçün sazişin təsdiqlənməsinin vacib olduğunu vurğulayıb.

"Mən "Brexit"in ləğvinin əleyhinəyəm. Bizim referendumda bu yöndə səs verən insanların iradələrini yerinə yetirməyimiz lazımdır", - Tereza Mey bildirib.

Xəbər verildiyi kimi, Böyük Britaniya hökuməti aprel ayının 5-də "Breksit"in bir daha, bu dəfə iyunun 30-na qədər təxirə salınmasını Brüsseldən xahiş edib.

Lakin indidən kraliçanın təbəələrinə üzərində "Avropa Birliyi" yazılmayan pasportlar paylanılmağa başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR