Kosta 8 oyunluq cəza ala bilər

Kosta 8 oyunluq cəza ala bilər
13:42 7 Aprel 2019
65 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko"nun hücumçusu Dieqo Kostanı ağır cəza gözləyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb ulduz futbolçunun La Liqanın XXXI turunda "Barselona" ilə görüşdə qırmızı vərəqə alması olub.

Qarşılaşmanın 28-ci dəqiqəsində meydandan qovulan İspaniya millisinin üzvünün hakimi təhqir etdiyi üzə çıxıb. Belə ki, baş hakim Xesus Gil Mansano oyunun protokoluna Kostanın ardıcıl iki dəfə onun anasını söydüyünü yazıb. Nizam-İntizam Komitəsinin oyunçunu 8 oyunluq diskvalifikasiyaya məruz qoyması gözlənilir.

Qeyd edək ki, rəqibinə 0:2 hesabı ilə uduzan "Atletiko" "Barselona"dan 11 xal geri qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR