Ukraynada prezidentliyə ən yaxın namizədə ŞOK - Fiziki məhdudiyyətli...

Ukraynada prezidentliyə ən yaxın namizədə ŞOK - Fiziki məhdudiyyətli...
14:18 7 Aprel 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynan prezident seçkilərinin birinci turunda ən çox səs toplamış namizəd olan aktyor, şoumen Vladimir Zelenskiyə qarşı cinayət işinin açılması tələb olunub.

Publika.az xəbər verir ki, bu iddia ilə Ukrayna Ali Radasının birinci vitse-spikeri İrina Qeraşenko çıxış edib.

İrina Qeraşenko sosial şəbəkədəki səhifəsində qeyd edib ki, Zelenski çəkildiyi filmdə fiziki məhdudiyyətli şəxsləri "daunlar", "oliqofrenlər" adlandıraraq təhqir edib.

"Biz nifrət və düşmənçilik dilinin yolverilməz olduğu tolerant, avropayönümlü Ukrayna dövləti qururuq. Belə zarafat sivil cəmiyyətdə mümkün deyil. Tibbi terminlərin bu cür işlədilməsi insan ləyaqətini alçaldır, təhqir edir"- vitse-spiker deyib.

Qeraşenko vurğulayıb ki, Zelenskiyə hüquqi qiymət verilməsi üçün lazımi qurumlara sorğu göndərilib.

Qeyd edək ki, Vladimir Zelenski aprelin 21-də keçiriləcək seçkilərin ikinci turunda hazırkı prezident Pyotr Poroşenko ilə yarışacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/274872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR