Transfer etməyən klub menecerlərə 11 milyon avro ödəyib

Transfer etməyən klub menecerlərə 11 milyon avro ödəyib
14:27 7 Aprel 2019
74 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin Premyer Liqa klublarının menecerlərə ödədiyi pullar açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 1 yanvar 2018-ci ildən 31 yanvar 2019-cu ilədək heç bir transfer etməyən "Tottenham"in menecerlərə 11 milyon funt-sterlinq ödəməsi müzakirələrə səbəb olub.

"The Sun"un məlumatına görə, London klubunun menecerlərə bu qədər pul ödəməsinin səbəbi bəzi futbolçularla müqavilələrin müddətinin uzadılması olub. Belə ki, "Tottenham" son bir ildə Harri Keyn, Dele Alli, Erik Lamela, Davinson Sançes aə Son Heunq-minlə yeni müqavilə bağlayıb. Bu səbəbdən menecerlərə 11 milyon 141 min 255 funt-sterlinq ödəniş edilib.

Qeyd edək ki, 1 yanvar 2018-ci ildən 31 yanvar 2019-cu ilədək Premyer Liqa klubları menecerlərə 260 milyon avro ödəyib. Liverpool siyahıda birinci olub - 43,7 milyon funt-sterlinq. İkinci pilləni tutan "Çelsi" menecerlərə 26,8, üçüncü yerdə qərarlaşan "Mançester Siti" 24,1, dördüncü yeri tutan "Mançester Yunayted" 20,7 milyon funt-sterlinq verib. İlk "beşliy"i 19,1 milyon funt-sterlinqlə "Everton" qapayıb.

Menecerlərə 11,1 milyon avro xərcələyən "Arsenal" və "Tottenham" isə 8-9-cu pillələri bölüşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR