Türkiyə vətəndaşlarına bu ölkəyə səyahətlə bağlı xəbərdarlıq edildi

Türkiyə vətəndaşlarına bu ölkəyə səyahətlə bağlı xəbərdarlıq edildi
14:32 7 Aprel 2019
137 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Xarici İşlər Nazirliyi Liviyadakı qarşıdurmalar səbəbindən bu ölkəyə səyahət etməyi bir daha gözdən keçirmələrini istəyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusilə paytaxt Tripoli və ətrafındakı bölgələrdəki prosesləri izləmək və buna uyğun olaraq səyahət planlarını nəzərdən keçirmək tövsiyə edilib.

Həmçinin, Liviyadakı Türkiyə vətəndaşlarına zəruri hallarda Misuratadakı baş konsulluğa müracitə edə biləcəkləri vurğulanıb.

Qeyd edək ki, Liviyada general Xəlifə Həftarın qoşunları Triplini ələ keçirmək üçün 4 apreldə əməliyyata start verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR