Bakıda “Az avtomobil, çox həyat” devizi ilə veloyürüş keçirildi

Bakıda “Az avtomobil, çox həyat” devizi ilə veloyürüş keçirildi
15:13 7 Aprel 2019
36 İdman
Ölkə mətbuatı
A- A+

Aprelin 7-də Bakıdakı Veloparkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Dünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib.

Veloyürüş Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunub.

Məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etmək olan veloyürüşdə Gənclər və İdman Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Bakı Nəqliyyat Agentliyinin, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak ediblər.(Azərtac)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/274884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR