ABŞ yenidən Liviyaya hərbi qüvvə göndərir

ABŞ yenidən Liviyaya hərbi qüvvə göndərir
15:14 7 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi Qüvvələrinin Afrika komandanlığı (AFRİKOM) hərbi qüvvələrini Liviyaya göndərmək barədə qərar qəbul edib.
 
ONA-nın məlumatına görə, bu barədə AFRİKOM-un “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.
 
Məlumata Liviyada təhlükəsizlik şəraitinin pisləşməsi ilə əlaqədar ABŞ Hərbi Qüvvələrinin hissələrinin müvəqqəti bu ölkədə yerləşdiriləcəyi bildirilib. Qeyd edilib ki, proseslər yerində izlənəcək və şəraitdən asılı olaraq ABŞ-ın hərbi əməliyyatları yenidən bərpa etməsi dəyərləndiriləcək.
Qeyd edək ki, marşal Xəlifə Haftar cümə axşamı tabeliyindəki hərbi qüvvələrə terrorçuları təmizləmək üçün paytaxt Tripoliyə hücum etmək əmrini verib. Marşala sadiq hərbi qüvvələr müqavimətlə qarşılaşmadan Tripolinin cənub-qərbində bir neçə rayonu, o cümlədən Tripoli Beynəlxalq Aeroportunu ələ keçirib. Tripolidəki Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac orduya güc tətbiq etmək barədə əmr verib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR