ABŞ Liviyada olan hərbçilərini çıxarıb

ABŞ Liviyada olan hərbçilərini çıxarıb
15:27 7 Aprel 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığı təhlükəsizlik baxımından Liviyada olan öz kontingentinin yerini müvəqqəti dəyişdirib.
"Report" xəbər verir ki, bu barədə məlumat komandanlığın "Twitter" səhifəsində yer alıb. Qeyd olunub ki, ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığı Liviyada baş verən prosesi izləyir və lazım gəldiyi təqdirdə yenidən hərbi mövcudluğunun bərpası imkanlarını nəzərdən keçirə bilər.
Qeyd edək ki, aprelin 4-də Xəlifə Haftar paytaxt Tripolinin silahlı qruplaşmalardan azad olunması üzrə hərbi əməliyyatın başladığını elan edib. Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarac özünə tabe olan bütün hərbi birləşmələri tam döyüş hazırlığı səviyyəsinə gətirmək əmri verib. Bu gün isə Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Mustafanın rəhbərlik etdiyi hərbi hava qüvvələri Feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi ordunun nəzarətində olan Tripoli Beynəlxalq hava limanına zərbələr endirib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-liviyada-olan-herbcilerini-cixarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR