100 milyon funt-sterlinqlik üzr

100 milyon funt-sterlinqlik üzr
15:37 7 Aprel 2019
77 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasını tərk edəcək klublardan biri "Fulham" olacaq. "Watford"a 1:4 hesabı ilə yenilən London təmsilçis gələn mövsüm Çempionşip-də çıxış edəcək.

Komandanı mövsüm ərzində 3 mütəxəssis - Slavişa Yokanoviç, Klaudio Ranyeri və Skott Parker çalışdırıb. Bu mövsüm 15 transfer edən rəhbərlik bunun üçün 100 milyon funt-sterlinq ödəyib. Lakin bütün bunlar komandanın xilası üçün yetərli olmayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Fulham"in prezidenti Şahid Xan komandanın Premyer Liqanı tərk etməsi rəsmiləşəndən sonra azarkeşlərdən üzr istəyib: "Sizi xəyal qırıqlığına uğratdığımız üçün üzr istəyirik. Bu nəticənin olacağını avqustda düşünə bilmədik və səhvlərimizi aradan qaldırmaq üçün ümidsizcə bir həmlə etdik. Amma nəticə ürəkaçan olmadı".

Qeyd edək ki, Pakistan mənşəli amerikalı iş adamının 6,8 milyard dollar sərvəti var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR