Ərdoğan İsraili əsəbləşdirdi

Ərdoğan İsraili əsəbləşdirdi
01:26 15 Yanvar 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

İsrail baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl verdiyi açıqlamaya cavab verib.

ANS PRESS-in məlumatına görə, Netanyahu Ərdoğanın "Hansı üzlə ora getmişdi" sözlərinə belə cavab verib:

"Parisdəki yürüşdə İsrailin təmsil edilməməsinin vacibliyini söyləyən Ərdoğanı qınayan hər hansı dünya lideri görmədim. Onun utancverici açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməlidir".

Qeyd edək ki, prezident Ərdoğan İsrailin Parisdəki yürüşdə iştirakını qınamışdı.

"Sanki tribunalarda insanlar çox həyəcanla onu gözləyirmişlər ki, onlara əl yelləyir. Hansı üzlə ora getdi. Bunu başa düşə bilmirəm. Siz qətl etdiyiniz uşaqların, qadınların hesabını veerin", deyə Ərdoğan sərt bəyanat vermişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR