İki maşın toqquşdu: AĞIR QƏZA

İki maşın toqquşdu: AĞIR QƏZA
16:09 7 Aprel 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Şirvanda iki minik avtomobili toqquşub.
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.
 
Hacıqabul sakini, 1979-cu il təvəllüdlü Babayev Rafət Rasim oğlunun idarə etdiyi “Mersedes” markalı “90 EK 390” dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1979-cu il təvəllüdlü Hüseynov Əfsus Rafik oğlunun idarə etdiyi VAZ 21099 markalı “10 HE 478” dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hər iki avtomobilin sürücüsü Şirvan şəhər xəstəxanasına yerləşdirilib. VAZ 21099 markalı avtomobilin sürücüsü ağır kəllə-beyin travması aldığı üçün reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR