"Qarabağ" "Neftçi" ilə şərikli lider oldu

Topaz Premyer Liqasında 23-cü tur çərçivəsində “Qarabağ”və “Qəbələ” komandaları üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunan qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində "Qarabağ" xallarını 51-ə çatdırıb və "Neftçi" ilə yenidən şərikli lider olub. "Qəbələ" isə 30 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, tura saat 16:30-da başlanacaq "Sabah" - "Səbail" matçı ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR