"Barselona"dan de Liqt etirafı

"Barselona"dan de Liqt etirafı
16:42 7 Aprel 2019
92 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın prezidenti Yosep Maria Bartomeu "Ayax"dan Mattis de Liqtin transferi ilə bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ESPN-ə danışan klub rəhbəri 19 yaşlı futbolçu ilə maraqlandıqlarını etiraf edib:

"De Liqt haqqında danışacağımız zaman gələcək. Bu futbolçu həqiqətən də gündəmimizdədi. Açığı bununla bağlı nələrin baş verəcəyini bilirəm, amma indi bunları danışmağın zamanı deyil".

Bartomeunun bu açıqlaması gənc futbolçunun "Barselona"ya transferinin böyük ölçüdə həll olunması kimi şərh edilib.

Qeyd edək ki, "Ayax"la 2021-ci ilədək müqaviləsi olan gənc futbolçunun transfer dəyəri 70 milyon avrodur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/745002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR