Sənan Qurbanov: "Məğlub olmuşuqsa, deməli bütün komanda uduzub"

Sənan Qurbanov: "Məğlub olmuşuqsa, deməli bütün komanda uduzub"
16:57 7 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

"Futbolçulara ciddi iradlarım yoxdur. Oyuna yaxşı hazırlaşmışdılar. Matçın əvvəllərində konsentrasiyanı itirdik və qol buraxdıq. Amma tezliklə bərabərlik qolunu vurduq. Sonlarda isə buraxdığımız səhv nəticəsində vurulan qol məğlubiyyətimizlə yekunlaşdı".
"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis hücum xəttindəki Ceyms Adeniyi və Stiven Monrozun zəif təsir bağışlamaları ilə razılaşmayıb. Onun fikrincə, hər iki legioner verilən tapşırıqları yerinə yetirə bilib: "Əlbəttə, hər ikisi bundan yaxşı oynaya bilərlər. Amma sonda məğlub olmuşuqsa, deməli bütün komanda uduzub".
Qurbanov öz işindən narazılığını da ifadə edib: "Mən öz işimi maksimum yerinə yetirir, üzərimə düşən vəzifə alınmazsa, özümü günahlandırıram. Çempionatın əvvəllərində bəxt üzündən xallar itirdik. Hər oyunda fərqli tapşırıqlar olur. "Sabah"la oyunu çıxsaq, futbolçulara elə bir iradlarımız yoxdur".


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/senan-qurbanov-meglub-olmusuqsa-demeli-butun-komanda-uduzub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR