Paytaxta qəfil hücum - Feldmarşal Moskvaya zəng vurdu

Paytaxta qəfil hücum - Feldmarşal Moskvaya zəng vurdu
16:58 7 Aprel 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Liviyada paytaxt Tripoliyə qəfil hücum başladan feldmarşal Xəlifə Haftar Moskva ilə telefon danışığı aparıb. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya XİN ötən gün aprelin 6-da məlumat yayıb.

Məlumata görə aprelin 5-də feldmarşal, Liviya Milli Ordusunun baş komandanı Haftar Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanova zəng vurub. M.Boqdanov eyni zamanda Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsidir.

Telefon danışıı zamanı feldmarşal Haftar Tripoliyə hücumu “sabitliyi təhdid edən terrorçu qruplaşmalarla mübarizəni gücləndirmək məqsədi ilə” başlatdığını bildirib. O deyib ki, terrorçular Liviyada vahid və effektiv dövlət idarəetmə orqanlarının yaradılması istiqamətində dayanıqlı siyasi prosesin qurulmasına dair razılaşmaların həyata keçirilməsini əngəlləyir. Boqdanov isə öz növbəsində Moskvanın Rusiyada siyasi yollarla nizamlanmaya tərəfdar olduğunu bildirib.

Xatırladaq ki, feldmarşal Haftar Moskvanın müttəfiqidir və Rusiya hərbi-siyasi rəhbərliyi ilə sıx təmasdadır. Kremlin Haftarı dəstəkləmək üçün Liviyaya yüzlərlə muzdlu göndərdiyi haqda xəbərlər var. Analitiklərə görə Rusiyanın Liviyadakı proseslərə müdaxiləsi və Haftara dəstək verməsi ABŞ başda olmaqla Qərbi bu Afrika ölkəsindən sıxışdırmaq məqsədi güdür.

Bu arada Rusiya mənbələrində belə xəbər yayılıb ki, Moskva Haftara dəstək vermək üçün Liviya ərazisində aviabaza yerləşdirə bilər. Çünki Haftar Tripolini tutsa hakimiyyətdə qala bilmək üçün ona Rusiyanın hərbi dəstəyi lazım olacaq. Rusiyalı analitiklərə görə Rusiyanın hərbi bazasının olduğu ölkələrə ABŞ və NATO-nun müdaxiləsi mümkün deyil.

Rusiyanın Liviyada hərbi baza yerləşdirmək planları hələ ötən ildən müzakirə olunur. Lakin bu məlumata Moskvadan rəsmi münasibət bildirilməyib.

Feldmarşal Haftarın qoşunları hazırda Tripoli ətrafında döyüşlər aparır və paytaxta üç istiqamətdən irəliəyir. Hərbi əməliyyatların gedişi barədə ziddiyətli məlumatlar yayılır. Ötən gün paytaxta nəzarət edən Liviya milli barışıq hökuməti Haftarın qoşunlarına qarşı aviasiya tətbiq edib. BMT-nin tanıdığı bu hökumətin başçısı Fayez əs-Sarac bildirib ki, paytaxta hücum başladan Haftar beynəlxalq tribunala verilə bilər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/274889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR