Hakimin anasını söydü - Oyundan qovuldu

"Atletiko"nun hücumçusu Dieqo Kostanın La Liqanın 31-ci turunun "Barselona" ilə oyununda (0:2) meydandan qovulmasının səbəbi bəlli olub.

Metbuat.az-ın məlumatına görə, Braziliya əsilli ispan hücumçu görüşün baş hakimi Xesus Hil Mansanonu təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalanıb. Bu barədə referi oyunun protokolunda qeyd edib:

"28-ci dəqiqədə Dieqo Kosta yüksək səslə mənə qışqırıb, söyüş söydüyü üçün meydandan qovulub. O, mənim anamı söydü, onu "fahişə" adlandırdı".

İspaniya mediası isə iddia edir ki, Kosta hakimə "Səni dünyaya gətirdiyi üçün anan lənətə gəlsin" deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR