Bakıda velosiped yolları qurulacaq

Bakıda velosiped yolları qurulacaq
18:32 7 Aprel 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitinin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə paytaxtda "Az avtomobil, çox həyat" devizi altında keçirilən veloyürüşdə iştirak edən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. 

"Məsələ agentliyin 3 illik fəaliyyət planına da daxil edilib. Mövcud nəqliyyat şəraiti nəzərə alınmaqla paytaxtda velosiped yollarının təşkili nəzərdə tutulub. Bununla yanaşı, Böyük Şor gölü ətrafında Atletlər kəndinin ətrafını da əhatə edəcək 18 km-lik velosiped yolunun təşkil edilməsi də nəzərdən keçirilir", - M.Ağayev bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/745094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR