Nəcməddin Sadıkov səudiyyəli həmkarı ilə görüşdü

Nəcməddin Sadıkov səudiyyəli həmkarı ilə görüşdü
18:38 7 Aprel 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/274892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR