Azərbaycan və Səudiyyə Ərəbistanı orduları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan və Səudiyyə Ərəbistanı orduları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
18:52 7 Aprel 2019
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/745095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR