"Sabah" "Səbail"i məğlub edib

"Sabah" "Səbail"i məğlub edib
18:57 7 Aprel 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
"Report" xəbər verir ki, turun son oyununda “Sabah” “Əlincə Arena”da “Səbail”i qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı qonaqlar açıb. Enrike Perilyo 2-ci dəqiqədə fərqlənib. Meydan sahibləri isə bu qola 30 dəqiqə sonra cavab verib. “Sabah”ın legioneri Filip İvanoviç hesabı bərabərləşdirib. 66-cı dəqiqədə Cavid İmamverdiyev, 69-cu dəqiqədə isə Vanderson Silva “Sabah”a qələbə qazandıran qollara imza atıblar.
Bu matç həm də “Səbail”in heyətinə qatdığı tanınmış futbolçu Maykl Essyenin Azərbaycan Premyer Liqasında ilk oyunu olub. 37 yaşlı yarımmüdafiəçi 64-cü dəqiqədə Yevgeni Koçukun yerinə meydana daxil olub.
Bu nəticədən sonra “Səbail” 34 xalla üçüncü, “Sabah” isə 26 xalla beşincidir.
Qeyd edək ki, günün digər matçında “Qarabağ” səfərdə “Qəbələ”ni məğlub edib - 2:1. XXIII turda həmçinin “Neftçi” “Zirə”ni 4:2, “Sumqayıt” isə “Keşlə”ni 2:1 hesabı ilə üstələyib.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sabah-sebail-i-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR