Alimlərdən yeni kəşf - Fiziki reallıq sadəcə illüziyadır

Alimlərdən yeni kəşf - Fiziki reallıq sadəcə illüziyadır
19:12 7 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Kainatın fundamental reallığı barədə yeni teoriya üzə çıxıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə "Scientific American" elmi jurnalında geniş məqalə dərc edilib. Məqalədə alimlər bildirirlər ki, Kainatın fundamental reallığı nə sahə, nə kvark, nə də kvant fenomenidir.

Beynəlxalq tədqiqatçılar qrupunun üzvü Bernardo Kastrupa bildirir ki, bizim hər şeyin təməli saydığımız materiya əslində sadəcə llüziya ola bilər. Kainatın yeganə reallığı informasiyadır. Alimin fikrinə əsasən, fiziki Kainat ona görə mövcudur ki, biz kütləvi hallünasiyaya düşərək onu elə qəbul edirik. Maraqlıdır ki, bu illüziyaya əsasən, biz obyektlər arasındakı istənilən münasibəti, bizi əhatə edən ətraf mühiti izah etməyə çalışırıq. Əslində isə hər şeyi izah etmək üçün riyazi həll yolu var.

Bir sıra dünya alimləri bu ideyanı kifayət qədər qəribə qəbul ediblər. Amma bəzi alimlər isə, bu ideyanı reallığa yaxın kimi qiymətləndiriblər. Onların fikrinə görə, biz həqiqətən də hansısa simulyasiyanın bir hissəsi ola bilərik. Bizi əhatə edən ətraf mühit isə özünəməxsus materiyadır. Bu, hansısa ilahi materiyadır. Burada əsas və təməl riyazi model və ya informasiyadır.

Bernardonun fikrini Xeriot-Uatt universitetinin şotlandiyalı fizikləri də tədiqləyiblər. Onlar bir neçə gün əvvəl kvant təcrübəsi aparıblar. Məlum olub ki, eyni hadisəni iki insan tamamilə fərqli yaşayırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR