Sumqayıtda evdə partlayış:

Sumqayıt şəhərinin “Yaşma bağları” adlanan yaşayış massivində partlayış olub.

Metbuat.az xəbər verir ki, hadisə bu gün səhər saalarında fərdi evlərdən birində baş verib. Qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədova yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər. Faktla bağlı polis idarəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR