"Vayn" incəsənətdir yoxsa, biznes? - VİDEO - FOTO

"Vayn" incəsənətdir yoxsa, biznes? - VİDEO - FOTO
19:17 7 Aprel 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Son dövrlər sosial şəbəkələrdə hər kəs tərəfindən maraqla izlənən videobloklara hərə bir cür ad verir. Bəziləri vayn digərləri isə qısametrajlı film deyir. Səhnəciklər formasında hazırlanan bu videogörüntüləri incəsənət hesab etmək olar?

Milli.Az bildirir ki, AZƏRTAC bu suala tanınmış incəsənət adamları və videoblogerlərlə birgə cavab tapmağa çalışıb.

İlk müsahibimiz Əməkdar artist İntiqam Soltan sosial şəbəkələrdə yayılan kiçik tamaşaların və filmlərin incəsənətə aid olmadığını bildirib. O qeyd edib ki, orada incəsənət adamı da çalışa bilər işləyə bilər. Ancaq bunun incəsənətin bir növü kimi təqdim etmək düzgün deyil. Bu bizneslə şounun bir arada olduğu sahədir. Əməkdar artist video çəkilişlərdə heç bir peşəkarlığın olmadığını vurğulayıb. "Gənclərə demək istəyirəm ki, çox yaxşı olardı bu çəkilişlərdə aktyorluq bacarıqlarını artırsınlar, danışıq formasına, kamera qarşısındakı hərəkətlərinə diqqət etsinlər", -deyə İ.Soltan bildirib.

Bu sahədə fəaliyyət göstərən videoblogerlər isə sosial şəbəkələrdə nümayiş olunan videoların qeyri-peşəkar formada hazırlanmasını normal hesab edirlər. Videobloger Taleh Yüzbəyov qeyd edib ki, internetdə peşəkarlıq kriteriyası yoxdur. Burada heç bir şərtlər və məhdudiyyətlər olmadığı üçün bu sahədə fəaliyyət göstərən hər bir şəxs hazırladığı videomaterialı istədiyi formada təqdim edir.

T.Yüzbəyovun sözlərinə görə, dünya və yerli təcrübədən də göründüyü kimi sosial şəbəkələrdə vayner və videobloger kimi çalışanlar daha sonra peşəkar filmlərdə iştirak ediblər. Eyni zamanda, yumoristik video paylaşım edənlər, sosial şəbəkələrdə böyük biznes sahibinə çevrilirlər.

Kiçik bir arayış verək ki, hər kəs tərəfindən vayn adlandırlan bu videobloklar "Tvitter" sosial şəbəkəsinin mobil proqramdır. Bu proqramdakı videoların həcmi 6-7 saniyə nəzərdə tutulub. Sonrakı mərhələlərdə "Youtube" və "Instagram" kimi sosial şəbəkələrdə videoların həcmi 1 dəqiqəndə 15 dəqiqəyə kimi artırıldı. Nəticədə vayn deyilən proqramın istifadəsi dayandırıldı. Bu gün Azərbaycanda da vayn adlandırdığımız bu videoblolkarı artıq qısa metrajlı filmlər əvəz etməyə başlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/744193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR