İnsan orqanizmində maqnezium çatışmazlığının ƏLAMƏTLƏRİ

İnsan orqanizmində maqnezium çatışmazlığının ƏLAMƏTLƏRİ
19:27 7 Aprel 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Müasir həyatda insanların əsas problemlərindən biri maqnezium çatışmazlığıdır. Maqnezium hər orqan üçün olduqca vacib bir elementdir.

Milli.Az ölkə.az-a istinadən maqnezium haqqında kiçik araşdırma yazını təqdim edir.

Orta hesablamalara görə, bir insanın orqanizmində 30-60 qr maqnezium olur. Bu maddə əsasən sümüklərdə, dişlərdə, ürəkdə, beyində və hətta qanda olur. Orqanizmin normal fəaliyyət göstərməsi bu elementdən asılıdır. Çünki o nə az nə çox, orqanizmdə baş verən 300 prosesdə iştirak edir. 

Müasir insanın gərgin həyat tərzi demək olar ki, orqanizmdən bütün lazım olan "şirəni" çəkib, mineral və vitamin çatışmazlığı yaradır. Belə vəziyyətdə, orqanizm özünü qorumaq üçün "qara gün" ə saxladığı ehtiyatda olan vitaminləri sovuraraq, çatışmazlıq yaradır. Müasir insan maqneziumu lazım olacaq miqdarda qəbul etmir, bu da bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bəs maqnezium çatışmazlığının əlamətləri hansılardır?

Əgər orqanizmdə bu mineral çatmasa:

-Hipertoniya;

- Diabet, hipoqlikemiya;

-Qan qatılaşır;

-Ayaq əzələlərinin uyuşması;

-Miqrenin yaranması;

-Depresiya, narahatlıq yaranması;

-Ürək-damar çatışmamazlığı;

-Xroniki yorğunluq;

-Yuxusuzluq;

-Şirniyyata meylliliyin artması;

Bundan başqa əsrin dəhşətli xəstəliklərindən biri Altsheymer və Parkinson xəstəliklərinin də təməli  beyində maqnezium çatışmazlığı ilə bağlıdır.

Bunlardan qorunmaq üçün mütləq öz rasionunuza maqneziumla zəngin olan qidaları daxil etməlisiniz.

Bu qidalar aşağıdakılardır:

-Yaşıl rəngli tərəvəz və göyərtilər (İspanaq, kahı, kələm, avakado);

-Balıq və digər dəniz məhsulları;

-Paxlalı  və dənli bitkilər, qoz-fındıq;

-Qara şokolad;

-Günəbaxan tumu, küncüt;

Bundan əlavə keyfiyyətli maqnezium əlavələrindən yeməklərinizdə istifadə edə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/744067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR