Aprel şəhidinin xatirəsi anıldı

Aprel şəhidinin xatirəsi anıldı
19:34 7 Aprel 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin aprelində erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmancasına şəhid olan Müdafiə Nazirliyinin xüsusi təyinatlı giziri Toğrul Habil oğlu Fərəczadənin xatirəsi Ağsu rayonunun Bico kəndində yad olunub. Bununla əlaqədar keçirilən anım mərasimində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin məsul işçiləri, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
 
Mərasim iştirakçıları əvvəlcə şəhidin doğulub boya-başa çatdığı ata evinə gəlib, burada təşkil edilən ev muzeyinə baxıblar.
 
Sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub.
 
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi polkovnik-leytenant Zaur Əliyev Vətən üçün canından keçən layiqli övlad böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkürlərini bildiriblər.
 
Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
 
(AZƏRTAC)

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR