Nəsiminin ölümünə kədərlənən hökmdar kim olub? - TARİXİ FAKT

Nəsiminin ölümünə kədərlənən hökmdar kim olub? - TARİXİ FAKT
19:37 7 Aprel 2019
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatında adı qızıl hərflərlə yazılan şəxsiyyətdir. Bu tarixi şəxsiyyət haqqında bir çox faktlar üzə çıxıb, araşdırmalar davam edir. Qaraqoyunlu hökmdarı Cahanşah da Nəsiminin heyranı olub.

Milli.Az bildirir ki, "ölkə.az"a bu barədə tarixçi-alim Əkbər Nəcəf məlumat verib.

Qaraqoyunlu hökmdarı Cahanşah gəncliyində Nəsimini görmüş və onun dərin təsiri altında qalıb. Hətta Nəsiminin edam xəbərini eşitdiyində həddən artıq qüssələnmiş və kədərlənmişdi.

Özünü Nəsiminin müridi, Nəsimini  isə öz mürşidi və rəhbəri sayan Cahanşah "tövbə etdiyi zaman onun şəfaətçi olacağını, bəxti yavər gedərsə ona qovuşacağını, bir daha ondan ayrılmayacağını, ona qovuşmanın səadət və şərəf olduğunu, bunun özü üçün nəşə və sevinc yaratdığını" farsça şeirində dilə gətirir.

Yenə farsça bir şeirində Nəsimin əslən ərəb və künyəsinin də "Hələbi" olduğunu Cahanşah belə qeyd edir:

"Zatı-qədim xaricində dünya varlıqlarının hamısı,

Nəyə baxarsan bax Hələbinin hikmətidir.

Dünya səltənəti və rəhbərliyi onundur,

Özü ərəbdir, amma dünya və dünyadakıların çırağıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/743821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR