O, ABŞ yeni bir bataqlığa sürüklənir – ŞOK İTTİHAM

O, ABŞ yeni bir bataqlığa sürüklənir – ŞOK İTTİHAM
19:43 7 Aprel 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu ("Sepah") xarici terrorçu təşkilat kimi tanınması barədə planını şərh edib.

Publika.az xəbər verir ki, İran xarici siyasət idarəsinin başçısının sözlərinə görə, “Sepah”ı terrorçu təşkilat elan edilməsi üçün səy göstərənlər İsrailin baş naziri Benyamin Netanyahunun liderliyində ABŞ-ı yeni bir bataqlığa sürüklmək istəyirlər.

“Donald Tramp ABŞ-ı yeni bir faciə ilə qarşı-qarşıya qoymamaq üçün bunları bilməlidir”, - o deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ hökuməti “Sepah”ı "Xarici terrorçu təşkilatlar" siyahısına salmağa hazır olduqlarını açıqlamışdı.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/274896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR