Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
20:29 7 Aprel 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin qərbində 3,4 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 15:06-da qeydə alınan yeraltı təkanların episentri Antalya şəhərindən 46 kilometr şimal-şərqdə, ocağı isə 25 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3042819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR