"Shamkir Chess 2019": Azərbaycan şahmatçıları növbəti turda heç-heçə ediblər

"Shamkir Chess 2019": Azərbaycan şahmatçıları növbəti turda heç-heçə ediblər
20:52 7 Aprel 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində yeddinci turun oyunları keçirilib.
“Report” xəbər verir ki, Azərbaycanlı qrossmeysterlərdən Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla mübarizə aparıb. Hər iki şahmatçının görüşləri heç-heçə ilə bitib.
Hazırkı dünya çempionu norveçli Maqnus Karlsen isə Hollandiya təmsilçisi Aniş Girini məğlub edib.
VII tur
7 aprel
David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya) – 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Aniş Giri (Hollandiya) – 1:0
Vişvanatan Anand (Hindistan) - Alekandr Qrişuk (Rusiya) – 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Dinq Liren (Çin) – 0,5:0,5
Yeddi turun nəticəsinə görə, Maqnus Karlsen 5 xalla birinci, Sergey Karyakin 4,5 xalla ikinci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3.5 xalla 3-8-ci yerlərdədirlər. Şəhriyar Məmmədyarov 2,5 xalla 9-cu, Aniş Giri isə 2 xalla 10-cu sıradadır. Turnirə aprelin 9-da yekun vurulacaq.

17:09
Bu gün Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində yeddinci turun oyunları başlayıb.
"Report" xəbər verir ki, növbəti oyunlarda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla mübarizə aparır.


VII tu
7 aprel
David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya)
Maqnus Karlsen (Norveç) - Aniş Giri (Hollandiya)
Vişvanatan Anand (Hindistan) - Alekandr Qrişuk (Rusiya)
Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan)
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Dinq Liren (Çin)
Altı turun nəticəsinə görə, Maqnus Karlsen və Sergey Karyakin 4 xalla ilk iki pillədə qərarlaşıblar. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3 xal toplayıblar. Aniş Giri və Şəhriyar Məmmədyarovun 2 xalı var. Turnirə aprelin 9-da yekun vurulacaq.























Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/shamkir-chess-2019-azerbaycan-sahmatcilari-novbeti-turda-hec-hece-e

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR