Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb
21:12 7 Aprel 2019
25 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Türkiyənin Antalya şəhərindəki Qran-pridə qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan Kindzerska finalda Beatris Souzanı məğlub edib.
Beləliklə, Azərbaycan millisi Qran-prini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Kindzerskadan əvvəl Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (72 kq) və Elmar Qasımov (100 kq) bürünc medala yiyələnib.
Bu nəticə ilə Azərbaycan yığması yalnız Gürcüstandan geri qalaraq, 75 iştirakçı ölkə arasında 2-ci yeri tutub.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudocusu-qran-pride-qizil-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR